"Avropada bir çox insan Ukraynadan bezib". 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramının efirində deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin hakimiyyət orqanları Ukraynanın guya döyüş meydanında qalib gələcəyinə özlərini inandırmaqla məşğuldur: "Avropalılar əmindirlər ki, Ukrayna döyüş meydanında qalib gələcək və buna görə də bunun baş verməsi üçün hər şeyi etməlidirlər. Yaxşı, əgər bu cür özünü hipnoz onların həyatında kömək edirsə, Allah onların köməyi olsun. Hesab edirəm ki, Avropada bir çox insan Ukraynadan bezib. Onlar ətalətlə, özlərini inandırmaqla bu vəziyyəti ayaqda saxlamağa çalışırlar".

Ağarza Elçinoğlu