Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) “İnstitusional (və ya proqram) akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” və “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlimlərə yekun vurulub.
"Unikal" xəbər verir ki, 4 günlük təlimə qatılan universitet əməkdaşları institusional akkreditasiya prosesi, akkreditasiya üzrə qiymətləndirmə meyarları, özünütəhlilin, qiymətləndirmənin aparılması və hesabatın tərtib olunması məsələləri barədə detallı məlumat alıblar. Adıçəkilən təlimin təşkili İnstitusional akkreditasiyaya hazırlıq prosesi mərhələsindəki Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları üçün faydalı sayıla bilər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudovanın təqdimatında baş tutan tədbirin sonunda iştirakçılar sertifikatla mükafatlandırılıblar.