ABŞ və İsraili dəstəkləyən bir sıra Avropa ölkələri yəhudi dövlətinin cinayətlərinə görə beynəlxalq səviyyədə eyni dərəcədə məsuliyyət daşıyırlar. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"ABŞ-nin və İsrail rejimini qeyd-şərtsiz dəstəkləyən bir sıra Avropa rejimlərinin məsuliyyəti İsrail rejiminin və onun cinayətkar liderlərinin beynəlxalq məsuliyyətindən ayrıla bilməz", - deyə Kənani qeyd edib. 

Ağarza Elçinoğlu