Danimarka şahzadəsi Kristianın 18 illik yubileyi münasibətilə Kristiansborq sarayında məclis keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.
Təşkil olunan mərasimdə xanım qonaqlardan biri şahzadənin diqqətini çəkmək üçün ayaqqabısını sarayda "unudub": "Tədbirdən sonra sarayın əməkdaşları qızıl ayaqqabı tapıblar və bu barədə taxt varisinə məlumat verilib. Ayaqqabının sahibini tapmaq üçün onun fotosu sosial şəbəkələrdə paylaşılıb.
18 yaşlı aktrisa Anna Sofi Tornso Olesen ayaqqabının ona məxsus olduğunu bildirib: "Bu addımın məqsədi Zoluşka kimi bitən nağıl idi. Mən özüm də bunun bir qədər gülünc olduğunu düşündüm. Bu, bir daha heç vaxt əldə etməyəcəyim bir fürsət idi. İndi onunla evlənəcəyimi düşünmürəm, sadəcə olaraq gülməli görünəcəyini və sonra da kral ailəsində diqqət çəkəcəyimi ümid edirdim".
Seymur Əli