"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinində müvafiq işarəvermə sistemi işə düşüb.

“Bakı Metropoliteni” QSC-dən "Unikal"a verilən məlumata görə, qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.

“Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”, - məlumatda qeyd olunur.