Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qərar verib. Qərara əsasən, Gülnarə Arif qızı Salmanova 24 saylı Nizami birinci, Vüqar Binnət oğlu Nəsibov 25 saylı Nizami ikinci, Sürəyya Nağı qızı Əzimova 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Anar Natiq oğlu Cavadov 9 saylı Binəqədi ikinci, Hilalə Rahim qızı Həsilova 24 saylı Nizami birinci, İbrahim Ənvər oğlu Rüstəmov 25 saylı Nizami ikinci, Şəhla Rasim qızı Qurbanova 27 saylı Sabunçu ikinci, Sürəyya Nağı qızı Əzimova 29 saylı Sabunçu dördüncü, Gülnarə Arif qızı Salmanova 35 saylı Xətai üçüncü, Vüqar Binnət oğlu Nəsibov 50 saylı Abşeron üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.