Rusiya Prezidenti Vladimir Putinin Macarıstanın baş naziri Viktor Orban ilə Pekində görüşü NATO üzvü olan ölkələri narahat edib, alyans hətta fövqəladə iclas çağırıb.

"Unikal" xəbər verir ki, BCM-in Rusiya prezidentinin həbsinə order verdikdən sonra Orban Putinlə görüşən Aİ ölkələrinin ilk lideri olub. Macarıstan Rusiya ilə əlaqələri davam etdirməyə sadiq olduğunu bildirib. 

Bloombergin məlumatına görə, alyans üzvləri macar siyasətçinin hərəkətlərini pisləyib .

Agentlik ABŞ səfirliyinin nümayəndəsinə istinadən yazır ki, NATO-nun Macarıstandakı səfirləri oktyabrın 19-da iki liderin görüşünü müzakirə etmək üçün təcili toplantı keçiriblər.
2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib . Bundan sonra Rusiya prezidenti Orbandan başqa avropalı siyasətçilərlə görüşməyib. Macarıstanın baş naziri öz hərəkətləri ilə Qərbin birliyini pozub. Jurnalistlər xatırladıblar ki, Orban açıq şəkildə Aİ-ni Moskvaya qarşı sanksiyaları ləğv etməyə çağırıb , Ukraynaya yardımı məhdudlaşdırmağı və NATO-nun genişlənməsini təxirə salmağı müdafiə edib.

ABŞ səfiri Devid Pressman deyib : “Biz Macarıstanı müttəfiq hesab edirik, lakin eyni zamanda Ukraynaya qarşı amansız müharibə aparmasına baxmayaraq, Macarıstanın Rusiya ilə münasibətlərini dərinləşdirdiyini  görürük” .
O əlavə edib ki, NATO üzvləri Macarıstan-Rusiya əlaqələrinə görə təhlükəsizliklə bağlı narahatlıq keçirirlər.

Bəzi NATO liderləri Macarıstanın baş nazirinin hərəkətlərini kəskin tənqid ediblər. Estoniyanın Baş naziri Kaja Kallas görüşün görüntülərini görməyin “çox, çox xoşagəlməz” olduğunu deyib.