Birləşmiş Ştatlar ballistik raketlərin istehsalı üçün material və ya texnologiyanın Pakistana ötürüldüyünə inanaraq, üç Çin şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller tərəfindən yayımlanan yazılı açıqlamada General Technology Limited, Beijing Luo Luo Technology Development Co Ltd və Changzhou Utek Composite Company Ltd şirkətlərinə istinad edilir.

Oktyabrın 17-də məlum olub ki, ABŞ Çindən olan 13 təşkilata, o cümlədən texnologiya sektoru şirkətlərinə qarşı ixrac məhdudiyyəti tətbiq edib .