Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında kiberhücumun qurbanı olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin yaydığı press-relizdə deyilir.

Hələ ki, bunu kimin etdiyini öyrənmək mümkün olmayıb.

BCM casusluq məqsədilə edilmiş kiberhücumu təxminən beş həftə əvvəl aşkar edib. Məhkəmə əlavə edib ki, bu əməl “məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi” kimi qiymətləndirilə bilər.

"Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır", - məlumatda deyilir.

Mətbuat xidməti həmçinin qeyd edib ki, ayrı-ayrı şəxslərə, təşkilatlara və dövlətlərə məxsus məlumatların oğurlanmaması üçün bütün lazımi tədbirlər görülüb.

Nuranə Abbasova