Fələstinin radikal HƏMAS hərəkatı bildirib ki, onun yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.

"Unikal" xəbər verir ki, "Qətərin səylərinə cavab olaraq, İzzəddin əl-Qəssam Briqadaları iki Amerika vətəndaşını - bir ana və qızını azad edib. Bu, humanitar səbəblərdən, Amerika xalqına və bütün dünyaya ABŞ Prezidentinin bəyanatlarının doğru olmadığını sübut etmək üçün edildi. Joe Bayden və onun faşist administrasiyası yalan və əsassızdır”, - HƏMAS hərəkatın Teleqram kanalında dərc olunan bəyanatında deyilir.

İsrail ordusunun məlumatına görə, Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların təsdiqlənmiş sayı 203-dür.