Hazırda Çində olan Rusiyanın Xalq artisti Filipp Kirkorovun vergi orqanlarına 2 milyon rubl borcu olduğu üzə çıxıb.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti sənətçinin hesabını qismən bloklayıb.
Bildirilir ki, müğənni vergi bəyannaməsini vaxtında təqdim etməyib və dövlət xəzinəsinə tələb olunan məbləği ödəməyib.
Qeyd edək ki, sənətçinin ötən il də 3 milyon rubl vergi borcu olub.