"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları kəsilmiş bəbir və ayılara rast gəlinir".
"Unikal" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında video paylaşıb.
"Ermənistanın Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində yerləşdirdiyi milyonlarla minaların qurbanı təkcə mülki azərbaycanlılar deyil, həm də vəhşi heyvanlardır. Minalar döyüşçülər, mülki şəxslər və ya vəhşi heyvanlar arasında fərq qoymur", - deyə dövlət rəsmisi qeyd edib.
Leopards and Bears with amputated legs are found in liberated territories of Azerbaijan. Along with Azerbaijani civilians, wild animals also become victims of landmines implanted by Armenia in millions in the formerly occupied territories of Azerbaijan. Landmines don't… pic.twitter.com/WAZQ9GbE0F
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 20, 2023