Ermənistanın Araqatsotn rayonunda silahlı insident baş verib.

"Unikal" xəbər verir ki, oktyabrın 20-də Qalusti Dzor istirahət zonasına gedən yolda dava baş verdiyi, atəş açıldığı, yaralıların olduğu barədə polisə məlumat  daxil olub. Aştarak şəhərinin ( Ermənistanın Araqatsotn rayonu) vitse -meri Vardan Səfəryan silahlı insident nəticəsində yaralanıb.

Hadisə yerinə gələn polis və müstəntiqlər müəyyən ediblər ki, 65 yaşlı Qalust G., onun oğlu, 37 yaşlı Hayk G. və Aştərək icmasının 34 yaşlı rəhbəri Tovmas Şaqinyan torpaq məsələsinə görə mübahisə ediblər.
Münaqişə zamanı bir neçə nəfər onlara yaxınlaşaraq Qalust G.-ni yerə yıxıb və yumruq və təpiklə vurmağa başlayıb. 
Bu zaman Ike G. əlində olan silahla ona hücum edənlərə bir neçə dəfə atəş açıb.
Nəticədə 52 yaşlı Vardan Səfəryan və 26 yaşlı Qor P. yaralanıb, əvvəlcə Aştərək xəstəxanasına, sonra isə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıblar.
Hadisə yerinə baxış keçirilərkən mərmi gilizləri, qan izləri, bıçaqlar, dəmir çubuqlar aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.