Rusiya Ədliyyə Nazirliyi xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadzeni xarici agent kimi tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya federasiyası Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Georgi Kunadze 1991-1993-cü illərdə Rusiya xarici işlər nazirinin müavini vəzifəsini tutub.