Türkiyə Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində bildirib.

“Birinci məqsəd Qəzzada insan dramına son qoymaqdır. Biz həmçinin atəşkəs, humanitar yardım, əsir mübadiləsi məsələləri üzərində işləyirik”.

O qeyd edib ki, Qəzzada baş verənlər nə İsrail, nə Fələstinin təhlükəsizliyini təmin edəcək addımlar deyil.