Fələstin HƏMAS hərəkatının siyasi qanadı İsraillə məhbusların mübadiləsi prosesinə başlamaq üçün sakit mühit tələb edib.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber” telekanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə,  bir neçə ölkə Türkiyəyə məhbusların azad edilməsinə köməklik göstərilməsi xahişi ilə müraciət edib və Ankara bu istiqamətdə mümkün olan hər şeyi edir.

“Həmas bizimlə görüşdə təşəbbüslərin həyata keçirilməsi üçün sakit mühitin və müəyyən prosesin zəruri olduğunu bildirdi”, - deyə Fidan bildirib.