General-polkovnik Viktor Afzalov Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı təyin edilib.

"Unikal" xəbər verir ki, Afzalov iyulun 23-dən etibarən general Sergey Surovikinin istefasından sonra Aerokosmik Qüvvələrin baş komandanı vəzifəsini icra edirdi.

Viktor Afzalov 1989-cu ildə Puşkin adına Hava Hücumundan Müdafiə Radioelektronika Ali Hərbi Məktəbini, 2000-ci ildə Hərbi Hava Hücumundan Müdafiə Universitetini, 2010-cu ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. O, hərbi karyerası ərzində Hava Hücumundan Müdafiə Korpusunun zenit-raket bölmələri qrupunun döyüş idarəetməsi şöbəsinin ekipaj rəisindən tutmuş qərargah rəisi - Hərbi Hava Qüvvələri komandirinin birinci müavini vəzifələrində çalışıb. 2017-ci ilin iyul ayında Şərq Hərbi Dairəsinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Ordusunun komandanı təyin edilib. 2022-ci ilin dekabrında general-polkovnik rütbəsi alıb.