Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası açıqlayıb.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki humanitar böhran da müzakirə edilib.
Ərdoğan bölgədəki münaqişəli proseslərin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Ağarza Elçinoğlu