İranın Sistan və Bəlucistan əyalətində İŞİD terror qruplaşmasının liderlərindən biri həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

Məlumata görə, həbs edilən şəxs öz sıralarına yeni üzvlər cəlb etməyə, terror və təxribat fəaliyyətləri üçün əməliyyat bazası yaratmağa çalışıb.

O, saxta sosial media hesabları vasitəsilə xarici agentlər və əyalətdəki bir qrup üsyançı vasitəsi ilə əlçatmaz ərazilərdə müxtəlif qruplar yaratmağa çalışsa da, buna nail ola bilməyib.

Ağarza Elçinoğlu