"ABŞ və sionist rejimi dəstəkləyən bütün hökumətlər nəzərə almalıdırlar ki, İsrailin cinayətlərinə verdikləri dəstək region xalqları və azadlıq axtaranlar tərəfindən cavabsız qalmayacaq". 

"Unikal" xəbər verir ki, bunu İranın kəşfiyyat naziri İsmail Xətib deyib. 

O, İsrailə və onun sponsorlarına xəbərdarlıq edib ki, onlar Qəzzada fələstinlilərə edilən dəhşətli hücumların əvəzini ağır ödəməli olacaqlar: "Qəzza xalqına qarşı törədilən cinayətlərə görə ağır, dağıdıcı və fəlakətli qisas alacağıq. İsrail rejimi heç vaxt özünü təhlükəsiz hiss etməyəcək. Onun sosial bölünməsi və siyasi mübarizəsi həm daxildə, həm də xaricdə artacaq".

Nazir bildirib ki, Fələstinə qarşı vəhşilikləri İsraillə münasibətlərin normallaşması istiqamətini düzəlməz şəkildə pozub.

Ağarza Elçinoğlu