"Ermənistanın Kapanda Rusiya Baş Konsulluğunun yaradılmasına razılığı, münasibətlərdəki vəziyyətə baxmayaraq, qüvvədə qalır".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov yerli mətbuata müsahibəsində deyib. 

Diplomat qeyd edib ki, Rusiya tərəfi konsulluğun fəaliyyətə başlaması üçün konkret tarixlər barədə əlavə məlumat verəcək.
"Rusiyanın Kapan şəhərində Baş Konsulluğunun yaradılması planlarında heç bir dəyişiklik baş verməyib. Onun açılmasına Ermənistan tərəfinin razılığı qüvvədə qalır. Bu konsulluğun işə başlaması ilə bağlı konkret tarixlər barədə mütləq sizə əlavə məlumat verəcəyik. O, münasibətlərdəki mövcud vəziyyət fonunda Yerevanın razılığını geri götürüb-götürmədiyi sualına cavab verərkən deyib.
Xatırladaq ki, ilk dəfə olaraq Sünikdə Rusiya konsulluğunun mümkün açılması barədə mayın sonunda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat vermişdi. Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib.