“Hizbullah bizə hücum etsə, Tehranda ilanın başını hədəf alacağıq”

"Unikal" xəbər verir ki, bunu İsrailin iqtisadiyyat naziri Nir Barkat İngiltərənin “Daily Mail” qəzeti ilə müsahibəsində bildirib.

O, qeyd edib ki, Livan Hizbullahı HƏMAS ilə birlikdə İsrailə hücum edərsə və ölkənin şimalında yeni cəbhə açılarsa, İsrail Tehranı hədəfə alaraq sərt və sürətli cavab verəcək. 

Onun sözlərinə görə, hücum olacağı halda İrandakı ayətullahlar yer üzərindən silinəcək.