Cənubi Koreya, ABŞ və Yaponiya ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirib.

"Unikal" xəbər verir ki, bu barədə  Yonhap agentliyi məlumat yayıb .
Təlim Koreya yarımadasının cənubunda, lakin Koreya Respublikasının hava məkanından kənarda keçirilib.
Onlara Amerikanın B-52H strateji bombardmançı təyyarəsi və üç ölkədən F-15K və F-16 qırıcıları cəlb olunub, onlar bombardmançı təyyarəni döyüş formasında müşayiət ediblər.
Qeyd olunur ki, hazırkı üçtərəfli Hərbi Hava Qüvvələri təlimləri Cənubi Koreya, ABŞ və Yaponiya liderlərinin avqustda Amerika prezidentinin Kemp-Devid iqamətgahında apardıqları görüşdə əldə edilmiş razılaşmaların reallaşdırılması məqsədilə həyata keçirilir. Bundan əvvəl Seul, Vaşinqton və Tokio birgə hərbi dəniz təlimlərini bərpa ediblər.