Müğənni Xuraman Şuşalı Fələstinlə İsrail arasında gedən müharibədən yazıb.
"Unikal" xəbər verir ki, sənətçi fələstinli uşaqların bədənlərinə ad və soyadlarının yazıldığı videonu sosial şəbəkədə paylaşıb. O, Şuşanın işğalı zamanı eyni vəziyyətlə üzləşdiyini bildirib:
"1992-ci ildə mən də Şuşada hər yerimə Xuraman yazmışdım. Anam soruşmuşdu ki, niyə yazmısan? Cavab verdim ki, birdən evimizə bomba düşsə, mənim meyitimi tanısınlar. Kaş heç vaxt müharibə olmayaydı, bütün uşaqlığımız xoşbəxtliyimiz getdi".