Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
"Unikal" xəbər verir ki, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.
Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.
"Qəbələ"dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı, 60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Araz-Naxçıvan" üçüncü sıradakı "Səbail"ə çatıb. "Qırmızı-qaralar" 7 xalla doqquzuncudur.