Türkiyəli aktyor Halit Ərgənçin yeni layihəsi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Adsız aşıklar" serialında rol alacaq.

"Netflix"də yayımlanacaq layihə 8 bölümdən ibarət olacaq.

Qeyd edək ki, Halit sonuncu dəfə 3 il əvvəl "Babil" serialında rol alıb.