Bu ilin sonuna kimi Naxçıvan MR üzrə bütün məlumatlar "e-naxçıvan" elektron bazasına yerləşdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının bütün məlumat və göstəriciləri, statistik hesabatları, xidmətləri və s., rəqəmsallaşdırılması və yekun nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi reallaşdırılacaq.