Rusiyada 3 usta tikinti sahəsinin 17-ci mərtəbəsindən yıxılaraq sağ qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Saxalin vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta ağırdır. Hər kəs rayon xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.

Həkimlərin sözlərinə görə, 17-ci mərtəbədən yıxılan ustaların sağ qalması möcüzədir. 

 Seymur Əli