La Liqanın 10-cu turunda Kataloniya "Barselona"sı evdə "Atletiko Madrid" ilə mübarizə aparıb.
"Unikal" xəbər verir ki, "Barsa"nın futbolçuları Ernesto Valverdenin komandası ilə çətin görüşdə qalib gələ bilib. Qarşılaşmanın yeganə və qələbə qolunu 17 yaşlı Mark Quyu vurub. O, "Barselona"nın heyətində debüt edib və əvəzedici heyətə daxil olduqdan cəmi 23 saniyə sonra qələbə qolunu vurub.
Oyun 1-0 hesabı ilə başa çatıb.
Bu qələbədən sonra Xavinin rəhbərlik etdiyi komanda 24 xalla 3-cü pillədə qərarlaşıb. O, lider "Real" və ikinci pillədə qərarlaşan "Jirona"dan bir xal geri qalır.
Ağarza Elçinoğlu