Türkiyənin ən böyük şəhəri İstanbul 57 gün ərzində susuz qala bilər: onun su anbarlarındakı ehtiyatlarının səviyyəsi 20,6%-ə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi məlumat yayıb.
Departamentin məlumatına görə, aprel ayından etibarən su ehtiyatları 48,5%-dən 20,6%-ə qədər azalaraq, hazırda 180 milyon kubmetr suya çatır, mümkün olan maksimum 868 milyon kubmetr təşkil edir.
Gülayə Mecid