Gürcüstanda polis İtaliya mafiyasının liderlərindən biri Cüzeppe Sqanqanı saxlayıb.

"Unikal" xəbər verir  ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Məlumata görə, 67 yaşlı Sqanqu 2020-ci ildə ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. İtaliyada eyni iş üzrə bir neçə nəfər, o cümlədən mafiya ilə əlaqədə ittiham olunan üç qardaş və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum edilib.

İstintaq iddia edir ki, təqsirləndirilən şəxs Turində müxtəlif cinayətlərə görə məsuliyyət daşıyan mafioz birlik yaradıb.

Sqanqa beynəlxalq axtarışa verilib və Gürcüstanda tapılıb. İtaliya mafiyasının saxlanması ilə bağlı məlumatı ölkənin baş prokuroru İrakli Şotadze təsdiqləyib. O qeyd edib ki, cinayətkarın Gürcüstanda şəriki olmayıb.

Gülayə Mecid