Azərbaycanın broyler fabrikləri haqqında ilginc iddialar
11:18 11-04-2013
İQTİSADİYYAT
Azərbaycanın broyler fabrikləri haqqında ilginc iddialar
Onlar həm keyfiyyətsiz məhsul satır, həm də baha
Azərbaycanın broyler fabriklərinin məhsulları keyfiyyət və qiymət sarıdan çox problemlidir. Hər iki göstəriciyə görə, onlar xaricdən gətirilən toyuq məhsullarına uduzurlar.
Araşdırmalar göstərir ki, hazırda yerli bazarda “Siyəzən Broyler”, "Dəvəçi Broyler", “Hövsan Quşçuluq” MMC, “Zirə Broyler” fabriklərinin məhsullarının satışı üstünlük təşkil edir. Supermarketlərin dondurucularının yarıdan çox hissəsini tutan bu broylerlərin 1 kiloqramının qiyməti 3,2 - 4 manat arasında dəyişir. Amma həmin qiymətlərə broyler alan istehlakçı keyfiyyətli quş əti ilə qidalana bilmir.
Araşdırıcılar ən adi misalla fikirlərini əsaslandırırlar. Bildirilir ki, broylerlərin qoxusu onların “sirrinin” açarıdır. Bizdə isə yerli fabriklərin məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Məsələn, Türkiyədən idxal edilən broylerlərin əti bərk olmaqla yanaşı, qoxusuzdur.
Başqa bir şübhəli nüans: Azərbaycanda broylerlər digər ölkələrlə müqayisədə tez böyüyürlər. Belə ki, Türkiyədə broyler təsərrüfatlarında toyuqların ətə-qana gəlmə müddəti 45 gündür. Azərbaycanda bu müddət yaxşı halda 22-30 günlə məhdudlaşır. Normalda isə bu müddət 60 gün olmalıdır. Göründüyü kimi, bizdə müəmmalı səbəblərdən toyuqlar normal, dünyada qəbul olunan standartlardan 2-3 dəfə tez böyüyür ki, bu da ortaya çıxan məhsulun keyfiyyəti ilə bədgüman olmaq üçün ciddi əsaslar verir.
Ən maraqlısı isə odur ki, bütün fəaliyyətini broyler təsərrüfatlarının “hüquqlarının” müdafiəsinə həsr edən Respublika Quşçuluq Cəmiyyəti bir dəfə də olsun istehlakçıların keyfiyyətsiz quş əti ilə təmin olunması məsələsini gündəmə gətirməyib. Bir müddət əvvəl publika.az saytı öz araşdırmasında onu da qeyd edirdi ki, adıçəkilən cəmiyyətin rəhbəri, “Mərdəkan Broyler” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Aydın Vəliyevin çıxışları ancaq dövlətdən yardımların alınmasına, quruma daxil olan broyler təsərrüfatlarının məhsullarının satışına istiqamətlənib. Bu məqsədlə hətta o, xaricdən gətirilən quş əti və yumurtanın həcminin məhdudlaşdırılmasına da çalışır. Hansı ki, idxal məhsulları yerli broyler toyuqlarından daha keyfiyyətli və ucuz qiymətədir. “Unikal”ın araşdırması isə bizim yerli broyler toyuqları ilə bağlı daha bir ilginc məqamı ortaya çıxarıb. Söhbət onların tərkibindəki maddələrdən gedir. Əvvəla, hazırki broyler toyuqlarının qablaşdırıldığı nazik materiallar qida üçün yararsızdır. Onun tərkibində olan zərərli maddələr qidaya keçir. Polivinilxlor nazik materiallarından olan bükülmələr həmin broyler toyuqlarını təhlükəli qidaya çevirir.
İkinicisi, Azərbaycanın broyler fabriklərində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər. Bunun nəticəsidir ki, bizdə broyler məhsulu olan toyuqların sümükləri əksər hallarda qara, əti selikli olur, tez dağılır və yemək üçün yararsızdır. Bundan başqa murdar olmuş toyuqlar qablaşdırıldığına dair də şübhələr var.
Daha bir ilginc məqam: dünyanın heç bir ölkəsində broyler fabriklərinin yaxınlığından Azərbaycanda olduğu kimi dəhşətli qoxu gəlmir. Orada toyuğun peyini ya maddələrlə utilizasiya, ya da kənd təsərrüfatında peyin kimi istifadə olunur. Azərbaycanda isə broyler fabriklərinə bir neçə kilometrdən belə, yaxınlaşmaq mümkün deyil. Bəzi bilgilərə görə, bizim broyler fabriklərində toyuqlara Argentinadan gətirilmiş genetik modifikasiya olunmuş, jmıxlar verilir. Bu da istehlakçıların sağlamlığı üçün ciddi təhdidə çevrilir.
Daha pisi isə odur ki, Azərbaycanın əksər broyler fabriklərinin arxasında “güclü əl” var, onlar hansısa iri məmurların nəzarətində və himayəsindədir. Bu səbəbdən də onlara “gözün üstə qaşın var” deyən yoxdur.
Sonucda isə ortaya istehlakçıların həm cibi, həm də sağlamlığı üçün yaxşı olmayan mənzərə çıxır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55