Fransa prezidenti Emmanuel Makron Qüdsdə İsrail prezidenti İsaak Hersoq və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra Fələstinin paytaxtı Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
"Unikal" xəbər verir ki, Abbas öz bəyanatında Qəzza zolağına “hücum”u dərhal dayandırmağa və Fələstin xalqını müdafiə etməyə çağırıb.
Makron “Qəzza zolağında dinc əhalinin əzab çəkməsinə heç nə haqq qazandıra bilməz” -deyib.
Fələstinlilər Ramallahda küçələrə çıxaraq İsrailin Qəzza zolağına hücumlarına dəstək verən Makrona etiraz ediblər.