"ABŞ İranla münaqişəyə can atmır, amma İran və ya onun müvəkkilləri Amerika personalına hər hansı bir yerdə hücum edərsə Vaşinqton tez və qətiyyətli hərəkət edəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, İranın dəstəklədiyi qrupların hücumları ilə bağlı narahatlıqlar artdıqca ABŞ ordusu Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün yeni addımlar atır. ABŞ həmçinin bölgəyə iki təyyarədaşıyan gəmi də daxil olmaqla döyüş gəmiləri və döyüş təyyarələri göndərib.
“Biz bütün Üzv Dövlətləri İsrailə qarşı bu münaqişədə başqa cəbhə açmağı düşünən və ya ABŞ da daxil olmaqla İsrailin tərəfdaşlarını hədəfə ala biləcək hər hansı dövlətə və ya qeyri-dövlət aktyoruna güclü, vahid mesaj göndərməyə çağırırıq: Bunu etməyin. Yanğına yanacaq tökməyin!”, - Blinken deyib.
Gülayə Mecid