Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhə xəttinə səfər edib.
"Unikal" Rusiya Müdafiə Nazirliyinin teleqram kanalında Şoyqunun “xüsusi hərbi əməliyyat” zonasına səfərini əks etdirən video yayımlanıb.
Bildirilir ki, Şoyqu Rusiya qoşunlarının “Vostok” qrupunun Cənubi Donetsk istiqamətindəki komanda məntəqəsini yoxlayıb və yüksək rütbəli hərbçilərin raportlarını dinləyib.