"İnflyasiya ilə mübarizə aparırıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, terrorla mübarizə daimi gündəm və prioritetdir: "Qəhrəman ordumuz dastanlar yazmaqda davam edir. Biz Şimali İraq və Suriyadan gələn terror təhlükələrinin aradan qaldırılması konsepsiyasını hazırlayır və həyata keçiririk. Mən təklifi dəstəkləyən siyasi partiyalara və millət vəkillərinə təşəkkürümü bildirirəm. Mandatın qüvvəyə minməsi ilə terrorla mübarizə gücləndi. Qanun layihəsinə yox deyəni millətimiz bağışlamayacaq. "Bir gecə anidən gələ bilərik" dediyimiz əməliyyatlarla terrorçuları əzəcəyik".
Ağarza Elçinoğlu