"Həyatımda bir dəfə Netanyahu adlı bu adamın əlini sıxdım. Təbii ki, yaxşı niyyətimiz var idi, lakin onlar bundan sui-istifadə etdilər. İsrailə getmək üçün layihəmiz var idi, onu da ləğv etdik”.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM Qrup Toplantısında deyib.
Bununla da, Ərdoğan İsrail səfərinin ləğv olunduğunu açıqlayıb.
Ərdoğan İsrailin Qəzzada fələstinlilərə etdiyi zülmü qınayıb: "İndi mən buradan İsrailə səslənirəm. Bütün dünya HƏMAS-a terror təşkilatı kimi baxır. Ey İsrail, sən təşkilat ola bilərsən, çünki Qərbin sənə çox borcu var, amma Türkiyənin sənə heç bir borcu yoxdur. Fələstin davamızı müdafiə edəcəyik. Oktyabrın 7-dən bu yana böhranın daha da böyüməməsi üçün əlimizdən gələni edirik. 8 təyyarə dolusu tibbi yardım göndərdik. Biz İsrailin dövlət yox, təşkilat kimi fəaliyyət göstərməsini heç vaxt bəyənməyəcəyik. Hücumlarda ölənlərin təxminən yarısı uşaqlardır. Dünyada sırf uşaqları öldürmək üçün küçələrə od vuran bu qeyri-insani hərəkəti davam etdirən dövlət və ya ordu tapa bilməzsiniz".
Gülayə Mecid