İranın ali dini lideri Ayətullah Əli Xamenei yəhudi dövlətinin Qəzza zolağına hücumları fonunda Qərb liderlərinin İsrailə səfərlərini tənqid edib.
"Unikal" xəbər verir ki, onun fikirlərini "Press TV" sitat gətirib.
Xameneinin sözlərinə görə, ABŞ İsrailin bölgədə fələstinlilərə qarşı cinayətlərində ortaqdır.
“İslam hökumətləri cinayətkarlar qarşısında passiv olmamalıdır. Qələbə, şübhəsiz ki, Fələstinə məxsusdur ”, - Xamenei əlavə edib.
Gülayə Mecid