Hazırda Qarabağda partlayış nəticəsində 40-dan çox şəxsiyyəti müəyyən edilmiş və basdırılmış cəsəd var.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan bildirib.
Nazir deyib ki, şəxsiyyətin müəyyənləşdirilməsi prosesi hələ də davam edir, yaxınları araşdırma üçün qan verirlər: "Hazırda müxtəlif tibb mərkəzlərində partlayışdan əziyyət çəkən və ya xəsarət alan 150 xəstəmiz var. Partlayış nəticəsində xəsarət alan 19 nəfər xaricdə müalicəsini davam etdirir".
Xatırladaq ki, sentyabrın 25-də Xankəndidə benzin anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində 220 nəfərin öldüyü deyilir, 50-dən çox erməni itkin düşüb.
Ağarza Elçinoğlu