"Ya sabit sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
XİN rəhbəri qeyd edib ki, Türkiyə bütün regional və beynəlxalq maraqlı tərəfləri ağılın səsinə qulaq asmağa çağırır: "İsraili cinayətlərini davam etdirməyə təşviq edənlər də məsuliyyət daşıyırlar. Tez hərəkət etməsək, bizi daha qaranlıq günlər gözləyir".
Fidan qətərli həmkarı Məhəmməd bin Abderrahman Al Thani ilə görüşdən sonra mətbuat konfransında bildirib: "İsrail zorakılıq yolu ilə sülh və təhlükəsizliyə nail ola bilməyəcəyini dərk etməlidir. "Vəziyyətdən yeganə çıxış yolu 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır".
Ağarza Elçinoğlu