İsrail ordusu Suriyanın Hələb beynəlxalq hava limanına hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hava limanı yenidən istismardan çıxarılıb. Hücum nəticəsində xəsarət alan olmasa da, hava limanının uçuş-enmə zolağı zədələnib.
Dəməşq hələlik bu məlumatı təsdiqləməyib.