Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Rusiya ilə Fələstin HƏMAS hərəkatı arasında oxşarlıqlar olduğu iddia edilən bəyanatları nifrətin qızışdırılması üçün təxribatdır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, dünya ictimaiyyətinin hər hansı hadisədən “anti-Rusiya gündəmini təbliğ etmək” üçün istifadə etməyə çalışan Avropa Komissiyasının rəhbərinin “ideolojiləşdirilmiş klişelərinə” artıq öyrəşdiyinə diqqət çəkib.
"Leyenin bəyanatları millətçiliyin və ksenofobiyanın ifrat formasının təzahürüdür, təxribatdır", - Zaxarova ifadə edib.
Diplomat vurğulayıb ki, Avropa Komissiyası sədrinin oktyabrın 19-da Hudson İnstitutunda çıxışı zamanı səsləndirdiyi bəyanatlar dinlərarası və millətlərarası ədavətin qızışdırılmasına yönəlib. Zaxarovanın fikrincə, Rusiya ilə HƏMAS arasında “oxşarlıqlar” tapmaq cəhdi ikili standartlar siyasətini və Avropa İttifaqının seçilmiş xəttinin sinizmini nümayiş etdirir.