Rusiya və Ukrayna əsirlərin mübadiləsi, gəmilərin Qara dəniz limanlarından keçməsi və uşaqların geri qaytarılması ilə bağlı pərdəarxası danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Hesabatda deyilir ki, danışıqlarda Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Vatikan və Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla vaxtaşırı vasitəçilərdən istifadə edilir.
Qərb nəşrlərinin yazdığına görə, əsirlərin mübadiləsi əsasən Ukraynanın şimal-şərqində, Sumı vilayətində baş verir. İstənilən təmas zamanı adətən atəşkəs elan edilir.
Türkiyə danışıqlar üçün əsas neytral platforma olub. İstanbulda bir neçə yaxşı nəticələnən görüşlər keçirilib, lakin danışıqlar çox vaxt gizli saxlanılır və ümumi sayı məlum deyil.
Gülayə Mecid