Türkiyə İsraillə birgə enerji layihələrində əməkdaşlığı dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar da noyabr ayına planlaşdırılan İsrail səfərini ləğv edib, səfər zamanı qazın alınması və onun Avropaya tranziti ilə bağlı yerli hakimiyyət və şirkətlərlə danışıqların aparılması planlaşdırılırdı.
Türkiyə daha əvvəl bəyan etmişdi ki, Aralıq dənizindən qaz tədarükü ilə bağlı İsraillə danışıqlar aparır. Türkiyə ilə İsrail arasında dəniz qaz kəmərinin 4-5 il ərzində tikilə biləcəyi iddia edilirdi.
Gülayə Mecid