“3 İran casusu ABŞ hökumətində işləyirdi”
"Unikal" xəbər verir ki, ABŞ-ın Respublikaçı senatoru Ted Kruz ölkə prezident Co Bayden hökumətinin İran məsələləri üzrə fəaliyyəti müvəqqəti dayandırılmış nümayəndəsi Robert Mali ilə bağlı baş verənləri ABŞ tarixində ən böyük təhlükəsizlik qalmaqallarından biri adlandırıb.
O, deyib: “3 iranlı casus birbaşa İran hökumətinə işlədikləri halda ABŞ dövlətinin ən yüksək qatlarında vəzifəyə təyinat alıblar. Onlarında dövlət sirri olaraq təsnifatlandırılmış sənədlərə çıxışı olub”.
Məlumata görə, ABŞ senatoru üç iranlı casus dedikdə Arian Təbatəbaini, Dina İsfəndiyarini və Əli Vaizi nəzərdə tutub. Onun sözlərinə görə, adıçəkilən şəxslər Robert Malinin ən etibarlı şəxslərindən olublar.
Xatırladaq ki, bir sıra xəbər agentliklərinin məlumatına istinadən, İranın Xarici İşlər Nazirliyi 2013-cü ilin ilk aylarında İran Ekspertləri Təşəbbüs Qrupu (The Iran Experts Initiative) adı altından xaricdə yaşayan analitik və tədqiqatçıları toplayıb.