"Azad ticarət zonası sazişi üzrə danışıqlar başa çatıb. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında saziş ilin sonuna qədər imzalana bilər".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşündə deyib.
"Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişinin bağlanması ilə əlaqədar ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılacaq. Bu layihə üzrə danışıqlar başa çatıb. Sazişin bu ilin sonuna qədər imzalanacağını gözləyirik"- deyə Mişustin bildirib.
Rusiya hökumətinin başçısı statistik məlumatlara istinad edərək, 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin 350 milyard rubldan çox olduğunu bildirib ki, bu da qarşılıqlı ticarət həcminin rekord səviyyəsidir.
"Aİİ və İran ilin sonuna qədər azad ticarət zonası haqqında saziş imzalaya bilər" - Mişustin
19:00 25-10-2023
DÜNYA
Digər Xəbərlər
2024-11-15 15:59:02
2024-11-15 15:49:05
2024-11-15 15:19:00
2024-11-15 14:57:00
2024-11-15 14:43:03
2024-11-15 14:13:00
2024-11-15 13:56:06
2024-11-15 13:19:09
2024-11-15 13:12:01
2024-11-15 12:56:00
2024-11-15 12:52:22
2024-11-15 12:01:53
2024-11-15 11:46:06
2024-11-15 11:18:00
2024-11-15 10:55:00
2024-11-15 10:24:04
2024-11-15 10:19:53
2024-11-15 10:00:13
2024-11-15 09:49:05
2024-11-15 09:44:05