"Ermənistanda yayımlanan Rusiya telekanalları müəyyən qanun pozuntularına yol verib".
"Unikal" xəbər verir ki, bu barədə respublikanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan parlamentdə hökumət saatında bildirib.
"Televiziya və Radio Komissiyası ayrı-ayrı təmaslara və qanun pozuntularına görə məsuliyyət daşıyır. Biz bu yaxınlarda sorğu göndərmişik və ayrı-ayrı qanun pozuntuları, o cümlədən oktyabrın 23-də baş vermiş qanun pozuntuları ilə bağlı protokollar almışıq. Növbəti addımlara gəlincə, məlumat verəcəyik", - o, müvafiq sualı cavablandırıb.