"İstiqamət - Sosial Demokratiya Partiyası"nın lideri Robert Fitso Slovakiyanın baş naziri olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o bu vəzifəni partiyasının uğur qazandığı (2006, 2012, 2016 və 2023) parlament seçkilərinin nəticələrindən sonra dördüncü dəfədir tutur.
Fitso bir müddət əvvəl yeni kabinetin Ukraynaya hərbi yardımı dayandıracağını bildirmişdi.
O, həmçinin, hesab edir ki, anti-Rusiya sanksiyaları Avropa İttifaqına ziyan vurur. Onun fikrincə, Qərbin Kiyevə silah tədarükü “müharibənin gedişatını dəyişməyəcək”. Hökumət başçısı Aİ və ABŞ-ı Ukrayna və Rusiyaya güzəştli sülh sazişi bağlamaq üçün təzyiq göstərmək üçün öz təsirlərindən istifadə etməyə çağırır.
Nuranə Abbasova