Finlandiyada, Türkiyənin Helsinki səfirliyinin girişinə boya və tüstü bombaları ilə hücum edilib.

"Unikal" xəbər verir ki, Finlandiyadakı Helsinki Polisinin X sosial media hesabında edilən paylaşımda səfirlikdə görünən tüstüdən sonra polis və xilasetmə qruplarının hadisə yerinə gəldiyi paylaşılıb.

Səfirlikdəki mənbələrdən əldə edilən məlumata görə, maskalı şəxslər kirayə götürdükləri velosipedlərlə boya və tüstü bombaları ilə hücum edib.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.