Avropa Şurasının iclasında (Aİ liderlərinin sammiti) Cənubi Qafqazdakı, İsrail, Qəzza zolağı, Qərbi Afrika, eləcə də Serbiyadakı vəziyyət müzakirə olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Şuranın sədri Şarl Mişelin Şura üzvlərinə göndərdiyi dəvət məktubunda deyilir .
Bundan əlavə, Qərbi Afrikanın Sahel regionunda (Mali, Burkina-Faso, Niger) vəziyyət, Belqrad və Priştina (Serbiya və özünü Kosovo adlandıran dövlət ) dialoqu və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Qəzza zolağındakı münaqişə ilə bağlı Mişel qeyd edib ki, o, Aİ liderlərindən “Həmas tərəfindən amansız və əsassız terror aktının daha bir sərt şəkildə pislənməsini, həmçinin İsrailin özünümüdafiə hüququnun tanınmasını gözləyir.
Qısamüddətli perspektivdə Qəzza zolağındakı vəziyyəti nəzərə alaraq humanitar yardımın çatdırılmasının müzakirəsi planlaşdırılır və uzunmüddətli perspektivdə münaqişənin yeganə həllinin danışıqlar prosesi ola biləcəyi qeyd olunur.
Ukrayna məsələsində hərbi yardımın tədarükünü sürətləndirmək imkanlarını, həmçinin “Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək” planlarını (Kiyev hökumətinə yardım üçün ) müzakirə etmək planlaşdırılır.